Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

ABŞ Hindistana ciyərlərin süni havalandırma cihazları göndərəcək

ABŞ Hindistana ciyərlərin süni havalandırma cihazları göndərəcək

Tarix: 16 May 2020 02:48

Bakı. Trend:

ABŞ əvəssiz olaraq Hindistana ciyərlərin süni havalandırma cihazları ilə təchiz edəcək.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə D.Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

Bildirilir ki, ölkələr koronavirus infeksiyasına qarşı peyvəndin buraxılması üzərində əməkdaşlıq edirlər.

"Hindistandakı dostlarımıza süni havalandırma cihazlarının bağışlanamsını bildirməkdən qürur duyuram. Bu pandemiya zamanında Hindistan və Baş naziri Narendra Modi ilə bir yerdəyik. Biz peyvəndin hazırlanması üzərində işləyirik və gözə görünməyən düşməni birlikdə əzəcəyik", - ABŞ prezidenti vurğulayıb.

Daha əvvəl Ağ Ev rəhbəri bu cihazların bir sıra ölkələrə, o cümlədən Rusiya, İspaniya, İtaliya, Meksika, Fransa və Almaniyaya çatdırmaq niyyətində olduğunu bildirib.


Etiketlər:  ABŞ Hindistana ciyərlərin süni havalandırma cihazları göndərəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ