Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 14:10
Həbib Nurməhəmmədov bir neçə gün əvvəl, Castin Qetjiyə məğlub olan Toni Ferqyusona dəstək vermişdi.
Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, Ferqyuson tvitter hesabı vasitəsilə Həbibə cavab verib:
"Hörmət edirəm, Həbib. Amma sən hələ də mənə 20 jim borclusan. Atanın səhhəti düzəldiyinə görə şadam. Tezliklə görüşəcəyik, uşaq. Əsl finala hazırlaşmağa davam et".
Qeyd edək ki, Qetji 5-ci raundda texniki nokautla Ferqyusona qalib gələrək yüngül çəkidə müvəqqəti çempionluq kəmərinə sahib çıxıb. Castinin yaxın aylarda Həbiblə qarşılaşacağı gözlənilir.