Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 18:34
İsveçdə yaşayan azərbaycanlı Hüseynov Məhərrəm Ağamirzə oğlu yeni növ koronavirusdan (COVID-19) vəfat edib.
Sonxeber.net bildirir ki, bunu APA-ya açıqlamasında İsveçdə fəaliyyət göstərən Azərbaycan Naminə Cəmiyyətinin sədri Nadir Hollenbrand bildirib.
Onun sözlərinə görə, Neftçalada anadan olan, 1959-cu il təvəllüdlü M. Hüseynov 15 ildir İsveçdə yaşayıb və bu ölkənin vətəndaşı olub.
"Məhərrəm Hüseynov İsveçdə tikinti biznesi ilə məşğul idi. Bir ay idi xəstəxanada koronavirusdan müalicə olunurdu. Ailəsi onun Azərbaycanda dəfn olunmağını istəyir. Bu səbəbdən həftənin bazar ertəsi ailəsi İsveçdəki Azərbaycan səfirliyinə müraciət edəcək", - deyə N. Hollenbrand qeyd edib.