Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 May 2020 21:06
Azərbaycanda ailələrin ən böyük problemi qız və oğlan arasında elə doğulan gündən qoyduğu baryerlər və ayrı-seçkiliklərdir.
Oğlana hər şey olar, qıza isə yox. Elə uşaq addım atmağa başlayandan sonra, qıza dünyanın harasında olduğu şüuraltı yeridilməyə başlayır.
Sonxeber.net gencaile.az-a istinadən bildirir ki, Azərbaycanda əhalinin, ailələrin, elə ən çox da ataların övladlarına necə yanaşması ilə bağlı bilgiləri demək olar ki, çox azdır.
Ailə və evlilik üzrə mütəxəssis Serhat Yabancı uşaqları yetişdirərkən cinsiyyəti deyil, şəxsiyyətin və fərqliliklərin əsas götürülməli olduğunu deyir.
Bacı və qardaş
Sevda xanımın Leyla və Əhməd adlı 2 uşağı var. Əhməd Leyladan bir yaş böyükdür. Hər iki uşaq liseydə oxuyur. Leyla ilə Əhməd birlikdə evə gələndə Əhməd otağına gedir.
Ana: Qızım, sən süfrəni hazırla, qardaşın da acdır. 1
Yemək hazırlanır. Leyla dincəlmədən mətbəxə keçir. Anasına kömək edir. Yeməyi yeməsi üçün Leyla Əhmədi çağırır. Əhməd gəlir. Yeməyi yeyir və ayağa durur.
Ana: Qızım şüfrəni yığışdır və çirkli qabları qabyuyan maşına qoy. 2
Əhməd yeməyi yedikdən sonra "çölə çıxıram" deyər və çıxır.
Leyla: Ana, mən də üst qatdakı rəfiqəm Ecemin yanına gedə bilərəmmi? Bir saat oturub gəlirəm. 1
Ana: Qızım, boş ver bu saatda nə işin var? 3
Səhər olur. Əhməd anasından nəsə istəyir.
Ana: 20 lirə yetərmi?
Əhməd: Yox, nəyə çatacaq ki? 50 ver.
Ana atadan 50 lirə alır və oğluna verir.
Leyla: Ana, mənim də cib xərcliyim yoxdur.
Ana: Götür 20 lirəni. Sənin onsuz da çox ehtiyacın olmur. 4
Leyla tam evdən çıxarkən.
Ana: Məktəbdən sonra birbaşa evə gəl.
İndi bu qısa fraqmenti təhlil edək
1) Ana Əhmədə heç bir tapşırıq vermədən süfrəni hazırlamağı Leylaya yükləyərək Leylaya "Əhməd üstündür və öncə o, məmnun edilməli" hissi yaradır. Digər tərəfdən də Əhmədə "mən üstünəm və xüsusiyəm, bir qadın mənə xidmət etməli" hissi yaradır.
Əslində isə belə olmalıdır: Əhmədə tapşırıq və məsuliyyət vermək bərabərlik olsun deyə, ən azından çörək almaq və masa quraşdırılması üçün kömək tələb etməkdir.
2) Ana yeməkdən sonra Əhməddən heç bir kömək tələb etməyərək məsuliyyətinin inkişafını əngəlləyir. Leylaya isə, bu sənin sanki müqəddəs vəzifəndir hissi qazandırır.
Əslində isə belə olmalıdır:Oğlanın məsuliyyətli olması üçün ona balaca vaxtından məsuliyyət yüklənməlidir. Əhməd, ən azından öz boşqabını qaldırardı.
3) Ana qızının dostu ilə həm də eyni binada olmasına baxmayaraq vaxt keçirməsinə icazə verməyib, oğlunun əylənməsinə isə qarışmır və hüdudsuz imkanlar verir, Leylinin ikinci olduğu hissini tamamilə möhkəmlədir.
Əslində isə belə olmalıdır: Ana əvvəl qızına güvənməyi öyrənməli, sonra da ona bu hüququ tanımalıdır.
4) Cib xərcliyi məsələsində də ana Əhmədi ucaldır, Leylanı isə təhrif edir.
Əslində isə belə olmalıdır: Leylanin ehtiyacı olsun-olmasın, istəsin-istəməsin, ona da 50 lirə verməli idi. Leyla az xərcləyirsə, pulunu toplaya bilər. Bundan başqa, Əhmədin puluna nəzarət etməsi və məsuliyyət sahibi olması üçün də istədiyi zaman deyil, qeyri-adi ehtiyaclar xaricində cib xərcliyi verilməməlidir.
Uşaqlarınızı tərbiyə edərkən cinsiyyəti deyil, şəxsiyyəti və fərqlərini əsas götürün. Kişi kimi qadın, qadın kimi kişi yetişdirmək əvəzinə, özü kimi olmasını dəstəkləyin və ədalətsizliyə yol verməyin. İnsan ailədən nə gördüsə, əvvəl özünü ona görə qavrayır, sonrakı həyatını da ona görə formalaşdırır.