Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Siqaret koronavirusdan qorumur

Siqaret koronavirusdan qorumur

Tarix: 16 May 2020 21:51

Siqaret koronavirusun (COVID-19) yaratdığı yoluxucu xəstəlikdən qorumur və daha ağır xəstəlik riskini artırır.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının mütəxəssisi Maria van Kerkhove bildirib.

"Siqaretin ziyanı hər kəsə yaxşı məlumdur. Hər il milyonlarla insanın tütün istifadəsindən öldüyünü bilirik. COVID-19 tənəffüs xəstəliyidir və siqaret çəkmək ağciyərlərə zərər verir.

Bir sıra tədqiqatlar göstərir ki, siqaret çəkənlər infeksiyaya yoluxan zaman onların xəstəlik dövrü ağır keçir, süni nəfəs aparatına ehtiyacları olur. Çox zaman reanimasiya şöbəsinə yerləşdirilirlər və onların ölüm riski daha yüksək olur."-deyə, o bildirib.


Etiketlər:  Siqaret koronavirusdan qorumur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ