Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4:0 hesablı qələbəni şərh etdi

4:0 hesablı qələbəni şərh etdi

Tarix: 16 May 2020 21:56

"Borussiya"nın (Dortmund) baş məşqçisi Lüsyen Favr Almaniya Bundesliqasının 26-cı turunda "Şalke" üzərində qələbəni şərh edib.

Qol.az xəbər verir ki, o, 4 cavabsız qolla qalib gəldikləri matçdan sonra bunları deyib:

"Şalke"yə 4:0 hesabı ilə qalib gəlmək? Məncə, bu, yaxşı nəticədir. Komanda olaraq həm müdafiədə, həm də hücumda yaxşı oynadıq. Bu, çox özəl bir qalibiyyət oldu. Qol vurursunuz, ötürmə edirsiniz, topu itirirsiniz, amma heç bir reaksiya görmürsünüz. Boş stadionda oynamaq çox qəribə hissdir. Azarkeşlərimiz üçün çox darıxmışıq. Belə fərqli matçı dəyərləndirmək çətindir".

 


Etiketlər:  hesablı qələbəni şərh etdi


RƏYLƏR