Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Qlobal istiləşmə naməlum virusların yaranmasına təsir edir

Qlobal istiləşmə naməlum virusların yaranmasına təsir edir

Tarix: 16 May 2020 22:57

İqlimin pisləşməsi və qlobal istiləşmə, əvvəllər məlum olmayan virusların yaranmasına səbəb ola bilər. Bunu bioekoloq, ekologiya və ətraf mühitin idarə edilməsi üzrə mütəxəssis Lidia Belyaeva söyləyib. Alimin fikrincə, dünyada ortalama havanın istiliyinə görə buzlaqlar əriyir və onlarla birlikdə illər əvvəl meydana gəlmiş virusların və mikroorqanizmlərin hüceyrələrinin də buzu əriyə bilər. İnsan bədəninin onlara qarşı mübarizə apara biləcəyi məlum deyil.

Sonxeber.net deyerler.org-a istinadən bildirir ki, bioloqun sözlərinə görə, təbiətdə, heyvanların orqanizmində insanlardan gizlənən çoxlu viruslar mövcuddur. Piroqov adına Rusiya Milli Tədqiqat Tibb Universitetinin İmmunologiya kafedrasının dosenti, allerqoloq-immunoloq Olqa Paşenkonun fikirlərinə əsasən, su hövzələrinin və torpağın insan tullantıları ilə çirklənməsi, bədənə zəhərli maddələrin daxil olmasına səbəb olur. Bu allergik və avtoimmun reaksiyalar riskini artırır. Nəticədə insan bədəni yalnız yeni viruslara deyil, həm də çoxdan mövcud olan patogenlərə məruz qalır. Daha əvvəl həkim allerqoloq-immunoloq Marina Apletaeva, müasir insanlarda zəif immunitetin səbəbini izah edib. İmmunitet sistemini zəiflədə bilən amillərdən biri də immun sistemini daha həssas edən antibiotiklərin təsiri ola biləcəyini vurğulayıb.


Etiketlər:  Qlobal istiləşmə naməlum virusların yaranmasına təsir edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ