Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 01:24
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terror qruplaşmasına məxsus çox sayda silah, sursat və partlayıcı qurğular ələ keçiriblər.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Kərkük rayonunda aparılan xüsusi əməliyyat zamanı terrorçulara aid sığınacaq və iki mağara aşkar edilib: "Sığınacaq və mağaralarda 470 ədəd silah-sursat, 34 detonator, 10 ədəd əleyqaz, tibbi avadanlıqların olduğu çanta, sənədlər, qidə məhsulları aşkar edilib".
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin