Tarix: 17 May 2020 17:18
“Qalatasaray”ın futbolçusu Radamel Falkao koronavirus səbəbindən futbolda qoyulan bəzi məhdudiyyətləri tənqid edib.
Qol.az xəbər verir ki, kolumbiyalı hücumçu şəxsi Tvitter səhifəsində yazıb ki, oyunçuların qol sevinci zamanı qucaqlaşmasına icazə verilməməsini anlamır:
“Futbolun geri dönüşünü görüb, soruşuram: Qol sevincində qucaqlaşmağa icazə verməmək üçün səbəb varmı? Bütün oyun boyu daima təmasdayıq. Künc zərbələri zamanı müdafiəçilər üzərimizə çıxırlar. Canlı sədd zamanı hər kəs yan-yanadır”.
Xatırladaq ki, federasiyalar klublara futbolçularının oyun zamanı sosial məsafə qaydalarını pozmamağı tövsiyyə edib.