Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Pavel Durov, Telegram-ın TON blockchain layihəsinin ləğv olunduğunu elan etdi

Pavel Durov, Telegram-ın TON blockchain layihəsinin ləğv olunduğunu elan etdi

Tarix: 17 May 2020 23:28

Bir neçə gün ərzində olmuş məlumat sızıntılarından sonra Telegram messencerinin yaradıcısı Pavel Durov rəsmi olaraq TON blockchain layihəsi üzərində işlərin dayandırıldığını elan etdi. Öz rəsmi bloqunda o, bu çətin qərarın səbəbləri barəsində məlumat verdi və qeyd etdi ki, Telegram-ın blockchain layihəsinin dayandırılması öz növbəsində saxtakarların bu məsələ ilə bağlı dələduzluqları arta bilər. Bu barədə Telegra.ph saytı xəbər verib. Pavel Durov qeyd edib ki, son 2.5 il ərzində onun komandası TON adlı yeni nəsil blockchain platforması və Gram adlı kriptovalyutası üzərində çalışıb. Plana əsasən bu layihə miqyas artımına görə Bitcoin və Ethereum platformalarını geridə qoymalı idi. Bundan əlavə olaraq tərtibatçılar bu istiqamətdə diqqəti cəlb edən nəticələr də əldə etmişdilər.

Mütəxəssislər artıq bu layihənin Telegram ilə inteqrasiyasına hazırlaşırdılar. Bu isə öz növbəsində istifadəçilərin öz vəsaitləri ilə məlumatlarının necə saxlamaları və göndərmələri məsələsində çevriliş edəcəkdi.
    Lakin onların yolunda ABŞ məhkəməsi dayandı və Gram tokenlərinin istifadəyə verilməsinə qadağa qoydu. "Təsəvvür edin ki, bir neçə insan qızılın əldə olunması üçün nəzərdə tutulan şaxtanın inşa olunması üzrə öz aralarında müəyyən miqdarda pul yığırlar və daha sonra onlar qərara gəlirlər ki, əldə ediləcək qızılı öz aralarında bölüşəcəklər. Lakin hakim gəlib həmin adamlara bunları deyir. "Bir çox insan qızıl yatağına investisiyalar yatırıb. Çünki onlar gəlir mənbəyi axtarırdılar. Onlar bu qızılı özlərinə saxlamaq əvəzinə onu digər insanlara satmaq istəyirdilər. Bu səbəbdən sizə, onlara qızıl vermək qadağan edilir"" - deyə Pavel Durov qeyd edib.

Bu məsələdə TON blockchain layihəsi qızıl şaxtası, Gram kriptovalyutası isə qızıl kimi əks olunub. Durov-un sözlərinə əsasən bu vəziyyətdə ən paradoksal olan fakt ondan ibarətdir ki, Gram kriptovalyutasının satışlarına təkcə ABŞ-da yox bütün dünyada qadağa qoyulub. ABŞ məhkəməsi belə nəticəyə gəldi ki, TON layihəsinin istifadəyə verilməsindən sonra amerikalı vətəndaşlar bu platformadan istifadənin alternativ yollarını tapa biləcəklər. Buna görə də bunun qarşısını almaq üçün Gram-ın satışlarına hər yerdə qadağa qoyulub.

Hətta əgər hansısa ölkə Gram-a qarşı çıxmasa da ABŞ tərəfindən təyin edilmiş qadağa qüvvədə qalır.
    "Biz hələ də ABŞ-dan asılı vəziyyətdəyik. ABŞ dollar və qlobal maliyyə sistemi üzərindəki idarəsindən istifadə edərək dünyadakı istənilən bankı və ya bank hesabını bağlatdıra bilər. Bundan əlavə olaraq onlar Apple və Google şirkətləri üzərində idarələrindən istifadə edərək App Store və Google Play mağazalarındakı müəyyən tətbiqləri də sildirə bilərlər. Bəli, bu həqiqətdir ki, digər ölkələr öz ərazilərində icazə verdikləri hər hansı bir şey üzərində tam suverenliyə sahib deyillər" - deyə Durov qeyd edib. Bununla yanaşı o bildirib ki, onun adından, Telegram brendindən və ya TON abreviaturasından istifadə edə biləcək saxta şirkətlər və saytlar ortaya çıxa bilər. Durov istifadəçilərə öz vəsaitləri ilə məlumatlarını bu cür təşkilat və şirkətlərə etibar etməməyi məsləhət görüb.


Etiketlər:  Pavel Durov Telegram blockchain layihəsinin ləğv olunduğunu elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ