Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aqata Kristinin məşhur romanının ilham mənbəyi Norveçdə tapıldı

Aqata Kristinin məşhur romanının ilham mənbəyi Norveçdə tapıldı

Tarix: 18 May 2020 03:45

Bakı. Trend:

Aqata Kristinin məşhur “Rocer Ekroydun qətli” romanının ideyası norveçli yazıçıya aid ola bilər.

Trend-in məlumatına görə, bu barədə "The Guardian" nəşri yazır.

Nəşrin xəbərində bildirilir ki, Norveçdə yaşayan ingilis tərcüməçisi Lüsi Moffat dünyaca məşhur yazıçının dedektiv hekayəsinin əsas məqamının götürüldüyü kitabı tapdığını ehtimal edir. Məlumatda bu ölkənin yazıçısı Sten Rivert və onun yazdığı "Dəmir araba" (Jernvognen) romanından bəhs edilir.

"The Guardian" britaniyalı yazıçısının “Rocer Ekroydun qətli” və 1909-cu ildə Norveçdə dərc edilən S.Rivertonun "Dəmir araba" romanlarında qətli hekayəni danışanın özü tərəfindən törədilməsi kimi eyni ədəbi fənddən istifadə edildiyini bildirir.

A.Kristinin qeyd edilən əsəri İngiltərədə 1926-cı, S.Rivertonun romanı isə bu ölkədə “Rocer Ekroydun qətli”ndən sonra ingilis dilinə tərcümə edilib və yalnız 2005-ci ildə dərc edilib. Lakin Lüsi Moffet norveçlinin əsərinin tərcüməsinin Britaniyanın "Tip Top Stories" detektiv jurnalında 1923-1924-cü illərdə dərc edildiyini aşkar edib. "Tip Top Stories" sonradan Aqata Kristinin əsərlərinin 1926-cı ildən dərc edildiyi "Sovereign Magazine" jurnalı ilə birləşdirilib.

"The Guardian"ın qeyd edir ki, bununla Aqata Kristinin məşhur “Rocer Ekroydun qətli”nin yazması ilhamının ən azı iki mənbəyi dəqiq bilinir. Birinci mənbə kimi burada yazıçının Britaniya Hindistanının general-qubernatoru Lord Luis Mauntbattenə göndərdiyi məktubda "hekayəçini qatil etmək" ideyası üçün minnətdarlığını bildirdiyi göstərilir.


Etiketlər:  Aqata Kristinin məşhur romanının ilham mənbəyi Norveçdə tapıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ