Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 May 2020 12:42
Bakı. Samir Əli - Trend:
2020-ci ilin yanvar-mart ayları ərzində ölkə ərazisində baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 80 faizdən artığı kişilərdir.
Bu barədə Trend-ə Dövlət Statistika Komitəsindən məlumat verilib. Məlumatda bildirilir ki, baş verən yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
Yol qəzaları nəticəsində həlak olanların 80,1 faizini, yaralananların isə 70,6 faizini kişilər təşkil edib.
Hesabat dövründə avtomobili sərxoş vəziyyətdə idarə etmə səbəbindən 6 yol qəzası baş verib ki, nəticədə nəticədə 1 nəfər həlak olub, 8 nəfər yaralanıb. 3 ay ərzində yol hərəkəti qaydaları əleyhinə 841,7 min inzibati xətaaşkar edilib. Xətaların 39,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 21,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 11,0 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 9,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi, 3,6 faizi icbari sığorta müqaviləsinin bağlanmaması, 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Qaydaların pozulmasına görə 25,4 milyon manat məbləğində cərimələr tətbiq edilib.