Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Yaqut Qarayeva: Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil

Yaqut Qarayeva: Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil

Tarix: 18 May 2020 17:36

Peyvənd yaradılana kimi bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) şöbə müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində bildirib.

Onun sözlərinə görə, bu virusa qarşı xüsusi vaksin və dərman yoxdur:

"Bu xəstəliyin nə zamana kimi davam edəcəyini bilmirik. Biz bəzi qaydalara əməl etsək, xəstəlik də qısamüddətli olar. İnsanlar qarşısında çətin şərtlər qoymuruq. Onlar bir-birləri arasında məsafə saxlamalıdırlar. Qapalı şəraitdə mütləq şəkildə tibbi maskalardan istifadə edilməlidir".

Milli.Az


Etiketlər:  Yaqut Qarayeva Bütün əhalini qapalı şəraitdə saxlamaq mümkün deyil


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ