Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyun 2019 12:48
"Çelsi" Mauritsio Sarrinin "Yuventus"a keçidinə razılıq verib.
Qol.az-ın "Sky Sports" nəşrinə istinadən yaydığı xəbərə görə, tərəflər arasında bütün detallar razılaşdırılıb. Turin klubunun qarşıdakı həftə Sarrinin təyinatını açıqlayacağı gözlənilir. İngilislərin təcrübəli çalışdırıcı üçün "qoca sinyora"dan təzminat tələb edib-etməyəcəyi hələlik bilinmir. Sadəcə, London klubunun baş məşqçinin gedişinə mane olmayacağı deyilir. Rəhbərlik yenidən İtaliyada işləmək istəyən mütəxəssisi İngiltərədə qalmağaməcbur etmək niyyətində deyil.
Qeyd edək ki, Sarri "Çelsi"yə ötən ilin yayında "Napoli"dən keçmişdi.