Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Qarabağ” Xaymeni neçəyə alıb? – İspanlar açıqladı

“Qarabağ” Xaymeni neçəyə alıb? – İspanlar açıqladı

Tarix: 19 May 2020 13:04

"Qarabağ"ın  ötən ilin yayında "Kordoba"dan transfer etdiyi Xayme Romero üçün ödədiyi məbləğ məlum olub.

Qol.az  xəbər verir ki, bu barədə "Cordopolis" portalı məlumat yayıb. Bildirilib ki, İspaniya klubu bu transfer üçün Ağdam təmsilçisindən 500 min avro (təqribən 930 min manat) alıb.

Maraqlıdır ki, keçid dövründə "Transmarkt" portalı Romeronun qiymətinin 400 min avro olduğunu yazıb, lakin payızda bu rəqəm 700 min avroya qədər artıb. Aprel ayında isə koronavirus səbəbindən futbolçuların qiyməti düşdüyü üçün 29 yaşlı oyunçunun yeni qiyməti 550 min avro olub.

 


Etiketlər:  Qarabağ Xaymeni neçəyə alıb İspanlar açıqladı


RƏYLƏR