Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 17:30
"Verilişdən öncə Zöhrə xanımla danışdım. Dedim "Zöhrə xanım yaman arıqlamısınız". Tutuldu qaldı".
Sonxeber.net xəbər verir ki, Zaur Kamal aparıcısı olduğu proqramda qonağı olan Əməkdar artist Zöhrə Abdullayeva ilə bağlı danışarkən deyib.
Xanım sənətçi oğlunun vəfatından sonra birdən-birə 16 kilo arıqladığını bildirib:
"Fələyin işidir də, mən bilə-bilə arıqlamamışam ki. Arıqlamaq istəyəndə arıqlamırdım. Amma fələk dedi görə səni necə arıqladaram. 16 kilo arıqlamışam. Mən hər zaman çalışıram tamaşaçıların qarşısına səliqəli, yaraşıqlı çıxım. Mənim balam da sevərdi məni yaraşıqlı görsün. Düzdür, saçım ağarsa da hər halda mənə elə gəlir ki, çox elə əldən getməmişəm".
Qeyd edək ki, Z.Abdullayevanın oğlu beyin xərçəngindən əziyyət çəkirdi. 2 il əvvəl İsrafil 46 yaşında dünyasını dəyişib.
Məhəmməd Vaqif