Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 May 2020 19:34
İspaniyada klublara mayın 18-dən kollektiv məşqlərə icazə verilsə də, “Rayo Valyekano”nun futbolçuları hazırlıqdan imtina edib.
Qol.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" məlumat yayıb. İki aydır maaşlarını ala bilməyən Sequnda təmsilçisinin futbolçuları və məşqçiləri klub rəhbərliyi ilə danışmağa çalışsalar da, buna nail ola bilməyiblər. Komanda bu səbəbdən məşqlərə çıxmaq istəmir.