Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Xəstə körpəsini boğub meşəyə qaçdı- Ona kömək edə bilmirlər''

Xəstə körpəsini boğub meşəyə qaçdı- Ona kömək edə bilmirlər''

Tarix: 19 May 2020 22:27

Rusiyanın Moskva vilayətində doqquz aylıq övladını boğub qaçmış qadın saxlanılıb.

Sonxeber.net medicina.az-a istinadən bildirir ki, 23 yaşlı Tatyana Filatova tutularaq istintaqa təhvil verilib.

T.Filatova doqquz aylıq övladı ilə xəstəxanadan çıxaraq, kirayədə yaşadığı evə köçüb. O, həmin evdə körpəsini boğub öldürüb və məktub yazaraq meşəyə qaçıb.

Gənc ana məktubda "Sanki hər şey qorxulu yuxudakı kimi baş verir. O, ancaq sistem altında yatırdı. Mən çox istəyirəm ki, yaşayım, uşağım da sağ və sağlam olsun. Ancaq bu, mümkün deyil. Hər gün ona iynə vururlar, lakin kömək edə bilmirlər, mən də kömək edə bilmirəm" yazıb.


Etiketlər:  Xəstə körpəsini boğub meşəyə qaçdı kömək edə bilmirlər


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ