Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun hazırlanıb

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun hazırlanıb

Tarix: 20 May 2020 12:38

Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşı Dövlət Miqrasiya Xidmətinə məlumat vermədiyi halda məsuliyyətdən azad olunacaq.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov bu gün keçirilən onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, mövcud qanuna əsasən, Azərbaycan vətəndaşı digər ölkə vətəndaşlığını qəbul edəndə, 1 ay müddətinə DMX və ya xaricdəki səfirliyə məlumat verməlidir:

"Bununla bağlı Prezidentin təşəbbüsü ilə parlamentdə qəbul edilən qanun layihəsi var. Qanunvericiliyə görə, məlumat verməyəndə həmin şəxs barəsində sərt cinayət məsuliyyəti nəzərdə tutulurdu. Ancaq yeni qanuna görə, bu məsuliyyət aradan qaldırılır. Qanun qüvvəyə mindikdən sonra gec məlumat verən şəxslər bu barədə rahat ola biləcəklər".


Etiketlər:  Başqa ölkə vətəndaşlığını qəbul edən Azərbaycan vətəndaşları ilə bağlı yeni qanun hazırlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ