Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İordaniyada mayın 22-dən 25-dək komendant saatı tətbiq edilir

İordaniyada mayın 22-dən 25-dək komendant saatı tətbiq edilir

Tarix: 21 May 2020 03:52

Bakı. Trend:

İordaniya sakinləri ramazan bayramını evlərində qeyd etməli olacaqlar.

Trend-in məlumatına görə, bu barədə ölkənin informasiya naziri Amdad Adayle bildirib.

Haşimi krallığı yanında antikrizis qərargahı mayın 22-dən 25-dək komendant saatı elan edir. Biz bu addımı çox sayda insanların bir yerdə toplanmalarına qarşı tədbir kimi atmağa məcburuq", - A.Adayle deyib.

Nazirinin sözlərinə görə, may ayının 21-i mağazalar və marketlər saat 23:00-a qədər işləyəcəklər ki, sakinlər qarşıdakı həftə sonu və 24 mayda qeyd olunan bayram üçün ərzaq almağa imkan tapsınlar.


Etiketlər:  İordaniyada mayın dən dək komendant saatı tətbiq edilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ