Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 11:54
Azərbaycanda bayram günləri küçəyə çıxmaq qadağan ediləcək?
TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun rəhbəri Vasif Əliyev bayram və qeyri iş günlərində ölkədə küçəyə çıxma qadağası barədə yayılan xəbərlərə münasibət bildirib.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, Vasif Əliyev Türkiyədə bununla bağlı təcrübənin olduğunu və Azərbaycanda da eyni qaydanın tətbiq oluna biləcəyini istisna etməyib:
"Çünki insanlar kütləvi olaraq toplaşırlar. Türkiyədə yoluxmanın sayının azaldılması məqsədi ilə bəzi məhdudiyyətlər qoyulur. Bu, bizdə də gündəmdədir. Çox güman bayramdan öncə bu məsələyə aydınlıq gələcək".