Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Muxtar Babayev: Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar zərərsizləşdirilib

Muxtar Babayev: Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar  zərərsizləşdirilib

Tarix: 21 May 2020 17:15

Bakı. İlhamə İsabalayeva – Trend:

Mart ayından bu günədək ümumilikdə 50 tibb müəssisəsi və müvəqqəti karantin üçün ayrılmış mehmanxalarda əmələ gələn 2 min kubmetrdən çox təhlükəli tibbi tullantılar zərərsizləşdirilib.

Trend-in məlumatına görə, bunu Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, tullantılar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birlikdə daşınaraq Abşeron yarımadası, Lənkəran, Şəmkir və Quba rayonlarında yerləşən xüsusi qurğularda yandırılıb:

"Zərərsizləşdirilmə zamanı əmələ gəlmiş təqribən 40 kub metr kül tullantısı daşınaraq Təhlükəli Tullantılar poliqonunda utilizasiya edilib:

"Bu işlər bu gün də davam etdirilir. Məlumat üçün bildirmək istərdim ki, respublikada təhlükəli tullantıların daşınması və utilizasiyası sahəsində ixtisaslaşmış özəl şirkətlər bu işlərin həyata keçirilməsində bizə yaxından kömək edir".


Etiketlər:  Muxtar Babayev Ümumilikdə 50 tibb müəssisəsində əmələ gələn tibbi tullantılar zərərsizləşdirilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ