Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Iyun 2019 13:02
Bakı. Trend:
Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov "Jurnalistlər binası"nın sakinləri ilə görüş keçirib.
Trend-in məlumatına görə, görüşün məqsədi istifadəyə verilmiş iki bina sakinlərinin və ətraf ərazilərin problemləri ilə maraqlanmaq, onların həll olunması istiqamətində müvafiq tədbirləri həyata keçirməkdir.
Zeynalov qeyd edib ki, ölkə Prezidenti İlham Əliyevin diqqəti və qayğısı nəticəsində artıq jurnalistlər üçün iki bina istifadəyə verilib və üçüncü binanın tikintisi də başa çatmaq üzrədir: "Bu baxımdan, media təmsilçilərinin qayğılarını öyrənmək, problemlərin həllində bilavasitə iştirakçı olmaq Səbail RİH-nin birbaşa vəzifələrindən biridir".
Jurnalistlərin təkliflərini dinləyən Vüqar Zeynalov onların hər biri ilə ayrı-ayrılıqda maraqlanacağını və qısa zamanda həll olunacağını bildirib.
Qeyd edək ki, jurnalistlərin müraciətləri əsasən sosial infrastruktur, abadlıq, yol, nəqliyyat, iaşə xidməti və digər məsələlərlə bağlı olub.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin