Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 May 2020 22:14
“Yuventus”da növbəti dəfə koronavirus testi aparılıb.
Qol.az klubun rəsmi saytına stinadən xəbər verir ki, bütün testlərin nəticəsi neqativ çıxıb.
Bir neçə gün əvvəl İtaliyaya qayıdan Qonzalo İquain və Adrien Rabyonun karantindən çıxdığı və sabah komanda ilə məşqlərə başlayacağı da bildirilib.
Qeyd edək ki, koronavirus pandemiyasına görə dayandırılmış İtaliya A Seriyası ilə bağlı mayın 28-də qərar verilməsi gözlənilir.