Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 07:57
Virusoloq məhsullar vasitəsi ilə koronavirusa yoluxma dərəcəsini qiymətləndirib.
Sonxeber.net bildirir ki, virusoloq, tibb elmləri doktoru Viktor Zuev açıqlamasında qeyd edib ki, məhsullarla müqayisədə mağazada olan şəxslər vasitəsilə yeni tip virusa yoluxma riski daha yüksəkdir.
Onun sözlərinə görə, özünüzü infeksiyadan qorumaq üçün mağazanı yalnız maska və əlcəklərdə ziyarət etmək, evə qayıdarkən alınan məhsulları yumaq, təmiz qaba qoymaq lazımdır: "Qablaşdırılmadan satılan məhsulları, xüsusən meyvə-tərəvəzi sabunla yuyun və bir müddət isti suda saxlayın".
SARS-CoV-2 ilk dəfə ötən ilin dekabrında Çində aşkar edilib. Bu ilin 11 martında isə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya elan edilib.
ÜST-ün məlumatına əsasən, təxminən 4,4 milyon nəfər virusa yoluxub, 300 mindən çoxu ölüb. (publika.az)