Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 09:40
Bakı. Elçin Mehdiyev - Trend:
Bu ilin yanvar-aprel aylarında Azərbaycanda maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 124,8 milyon manatlıq məhsul istehsal edilib.
Trend-in məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 4,7 dəfə, sair nəqliyyat vasitələrinin istehsalı 35,1 faiz artıb, maşın və avadanlıqların istehsalı isə 23,8 faiz azalıb.
Yanvar-aprel aylarında 672 ədəd minik avtomobili istehsal olunub, ştanqlı quyu nasoslarının istehsalı isə 43,8 faiz artıb.