Tarix: 9 Iyun 2019 18:36
Haiti millisinin baş məşqçisi Mark Kollat Donald Geryenin fiziki hazırlığından narazıdır.Qol.az-ın yerli mətbuata istinadən yaydığı xəbərə görə, KONKAKAF "Gold cup 2019" turniri üçün yığmanın düşərgəsində olan "Qarabağ"ın müdafiəçisinin hazırkı durumu 69 yaşlı mütəxəssisi qane etmir. Təcrübəli çalışdırıcı mayın 11-dən istirahətdə olan 30 yaşlı futbolçunun fiziki baxımdan hazır olmadığını söyləyib:
"Geryedən necə istifadə edəcəyimi hələ bilmirəm. Formada olanda, çox yaxşı təsir bağışlayır. Amma mayın 11-dən istirahətdədir və bu da onun hazırkı durumuna təsir edir".
Qeyd edək ki, iyunun 16-da ABŞ-da startı veriləcək turnirdə Haiti yığması B qrupunda Kosta Rika, Nikaraqua və Bermuda ilə mübarizə aparacaq.