Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər

Tarix: 22 May 2020 18:09

Bakı. Elçin Mehdiyev - Trend:

Karantin müəssisələrinə həftədə 200-500 arası vətəndaş qəbul edilə bilər.

Trend-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

O qeyd edib ki, karantin müəssisələrinə sadə baxmaq lazım deyil:

“Karantinlər müəssilərinə tibbi personal ezam edilir. Orada həkimlərimiz fəaliyyət göstərir. Bu həkimlər normal tibb müəssiələrindən ayrılaraq ora göndərilir ki, bu da onların iş yükünü artırır. Bütün bu amillər deyir ki, yoluxma sayını keçsək, onun öhdəsindən gəlmək çətin olar və yoluxmaların saynın artmasına səbəb ola bilər”.

Ramin Bayramlı əlavə edib ki, koronavirus testi neqativ çıxmış şəxslərə SMS göndərilməlidir, lakin əgər insanlar belə ismarıcı qəbul etmirsə sahə poliklinkalarına müraciət edib arayış ala bilərlər.


Etiketlər:  Karantin müəssisələrinə həftədə arası vətəndaş qəbul edilə bilər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ