Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Psixi və davranış pozuntularının kökündə nə dayanır? - Əcdadlarımızdan bizə ötürülən səbəblər

Psixi və davranış pozuntularının kökündə nə dayanır? - Əcdadlarımızdan bizə ötürülən səbəblər

Tarix: 22 May 2020 22:36

Sonxeber.net medicina.az-a istinadən psixoloq İradə Hüseynovanın yazısını təqdim edir.

"İnsan və onun psixikasında baş verən dəyişikliklər XXI əsrin bəşəri problemidir desək yanılmarıq. Çünki müşahidə qabiliyyətini bir qədər gücləndirərək bütün dünyada baş verənlərə diqqətimizi yönəltsək, bu fikrin yanlış olmadığını daha dərin dərk etmiş olarıq.

Dünyada baş verən hadisələr: müharibələr, törədilən ağır terror hadisələri, deviant davranışın geniş miqyasda yayılaraq "yeni" formalarının inkişafı bu fikrin doğru olduğunu sübut edən faktorlardır. Yeni texnologiyanın sahələri çox güclü formada durmadan inkişaf etdikcə insan amili və onun psixikasında baş verən dəyişikliklər diqqətdən kənarda qalır. Bu səbəbdən də müasir dövrdə elm, təhsil, mədəniyyət, iqtisadiyyat, texnologiya və digər sahələrdə baş verən dəyişmələr, mənəvi əxlaqi dəyərlərinin enməsi insan amilinə yeni yanaşmalar tələb edir.

Qeyd olunduğu kimi insanların psixikasına mənfi təsir edərək, onları psixi pozuntulara həssas edən bioloji, sosial və psixoloji səbəblər vardır. Müşahidələr və aparılan sorğular nəticəsində məlum olur ki, insanların psixi sağlamlığı daha çox sosial, psixoloji və bioloji amillərdən asılıdır. Hər bir şəxsin irsindən, filogenezdə inkişafından, xarakter aksentuasiyasından, psixi xüsusiyyətlərindən asılı olaraq, hər hansı bir qüsurların mövcudluğu danılmazdır. Bu qüsurlar şəxsin ünsiyyət və fəaliyyətində özünü aşkar biruzə verməyə də bilər. Yəni şəxs cəmiyyət üçün çox da təhlükəli olmaya bilər. Lakin mövcud problemlər davamlı sosial, iqtisadi təzyiq, yoxsulluq, o cümlədən əsas təlim, təhsil, tərbiyə səviyyəsinin çox aşağı olması psixikadakı mövcud qüsurların inkişafını aktivləşdirir.

Bundan başqa sürətli sosial dəyişikliklər, insanlarda empatiya qıtlığı, fərdiyyəçilik, işdə stress vəziyyəti, qeyri sağlam həyat tərzi, sosial təcrid, gender ayrıseçkiliyi, zorakılıq təhlükəsi, insan hüquqlarının pozulması, fziki xəstəliklər, təbii fəlakətlər və digər amillər psixi sağlamlığın pozulmasını yaradan faktorlardır. Dünyada baş verən müharibələr, təbii fəlakətlər, kəskin xarakterli terror hadisələri də insanların psxikasında mənfi təsirlər yaradır.

Bütün bunlar psixikadan yan keçmir. İnsanın sosial mühitində qarşılaşdığı ağır hadisələr onun psixikasına ciddi təsir edərək xroniki stress halı yaradır ki, bu da bir sıra problemlərin yaranmasına səbəb olur. Bu problemlərdən psixosomatik xəstəlikləri, kəskin xarakterli ağır cərrahi əməliyyatları, vaxtından tez ölüm hallarını və bir sıra müxtəlif xarakterli psixi və davranış pozuntularını göstərmək olar.

Psixosomatik xəstəliklərin, psixi və davranış pozuntularının yaranmasında mənfi emosiyalar əsas rol oynayan amillərdən biridir. Mənfi emosiyalar psixikaya birbaşa təsir edərək emosional sferada pozuntuların yaranmasına səbəb olur. Emosional sferanın pozulması şəxsin psixosomatik xəstəliklərə məruz qalmasından başlayaraq müxtəlif xarakterli psixi və davranış pozuntularını yaradır ki, bu da həyat ahənginin pozulmasına, ümumbəşəri problemlərinin yaranmasına səbəb olur.

Psixi pozuntular normal davranışın pozulması ilə özünü biruzə verir. Psixi pozuntular zamanı şəxsi dəyərlər parçalanır, real varlıqla şəxsiyyət arasındakı normal münasibətlər pozulur. Şəxs özünə şüuri formada nəzarəti itirərək, şüursuz halda normadan kənar davranışlara yol verir. Şüursuzluqla bağlı klassik psixoloqlar tərəfindən kəşf edilən psixoloji cərəyanlarda insanda mövcud olan instinktiv və ali hisslər barədə yetərincə fikirlər söylənmişdir.

Antik dövrdən başlayaraq bu günə qədər insan amili üzərində kəşf olunmuş fəlsəfi və psixoloji cərəyanlar üzərində araşdırmalar apararkən belə qənaətə gəlmək olur ki, insanlarda təcəvüzkar, dağıdıcı,məhv edici, həzz kimi instinktiv meyllər və humanist, qurucu, yaradıcı, empatiya kimi ali hisslər mövcuddur.

Belə ki, Karl Yunq şüursuzluq mövzusunu araşdırarkən, arxlotipləri geniş formada tədqiq edərək, onların şəxsiyyətin inkişafında ayrı-ayrılıqda hansı rolu oynadığını göstərmışdir. Yunqa görə arxeotiplərdən biri olan, kollektiv şüursuzluq insan keçmişinin gizli yaddaş izləridir: irqi, milli, tarixi və eləcə də insanlıqdan qabaq olan heyvani güzəran keçirməsidir.İnsan keçmişinin gizli yaddaş işləri arasında, onun heyvani güzəran keçirməsinin izlərinin yaddaşlarda dərin iz buraxması,bu hisslərin neçə minilliklərdə unudulmayaraq, dəyişməyərək, müəyyən fərqlərlə nəsildən-nəsilə ötürülməsi aşkar formada özünü biruzə verir.

Fərq dedikdə, insanın təkamül prossesində inkişafı və onun şüura malik olması baxımından, psixi və davranış formalarının fərqli olması nəzərdə tutulur. Yuqun arxeotiplərdə göstərdiyi "maska", "persona" şüuri olaraq ona əcdadlardan ötürülmüş heyvani xüsusiyyətləri gizlədərək, özündə ali hissləri, şəxsiyyətin qiymətləndirilməsində cəmiyyətin qəbul etdiyi ali dəyərləri formalaşdırmağa cəhd göstərir. Lakin onun mənfi insan kimi qiymətləndirilmədən,dəyərlərinin enməsindən, şəxsiyyətinin parçalanaraq anormal insan kimi qəbul olunmasından qorxaraq gizlətdiyi təcavüzkar hissləri qarşılaşdığı ağır həyat tərzi, yaşadığı xroniki stress zamanı aşkar formada özünü biruzə verir.

Son dövürdə ölkəmizdə və dünyada baş veren hadisələr insanın pisixikasına neqativ təsir edərək, onun "qorxu" altında gizlətdiyi instinktiv tərəflərini bütünlüklə aşkarladı. Bununla da bir daha sübut olundu ki, insan nə qədər inkişaf etsə də onun arxiotipləri daimi və dəyişilməzdir.

Əcdadlardan ötürülən arxiotiplər əbədi iz qoyaraq insanın xarakter xüsusiyyətlərinə, yaddaşına həkk olmaqla silinməz iz qoymuşdur. Bunun nəticəsidir ki, bu günümüzdə baş verən hadisələr, insan psixikasında gedən dəyişikliklər, psixi və davranış pozuntuları kəskin formada özünü aşkar biruzə verir.

Müasir dövrdə ölkədə baş verən neqativ xarakterli dəyişmələr, insanların psixikasında yaranan pozuntular ciddi bir problem kimi çox aktualdır. Bu problemin mütəxəsislər tərəfindən araşdırılaraq tədqiq olunması və problemi yaradan səbəblərin aradan qaldırılması mühüm əhəmiyyət kəsb edir.


Etiketlər:  Psixi davranış pozuntularının kökündə dayanır Əcdadlarımızdan bizə ötürülən səbəblər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ