Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 May 2020 23:16
Bakı. Trend:
Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 100 mindən çox artıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.
Mayın 22-si saat 12:00 üçün olan məlumata əsasən, ötən sutka ərzində 100 284 nəfər yeni koronavirusa yoluxub, 4 482 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 4 993 470, ölənlərin isə 327 738 nəfərə çatıb.
Ən çox yoluxma və ölüm halları Cənubi və Şimali Amerikada qeydə alınıb - 2 220 267 yoluxma və 131 605 ölüm halı.
İkinci yerdə Avropa regionu qərarlaşıb. Burada yoluxanların sayı 1 966 244, ölənlərin sayı isə 171 327 nəfərə çatıb.
Üçüncü yeri Qərbi-Sakit okean regionu tutur, burada ümumilikdə 389 588 yoluxma və 10 648 ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi gösəticilər əsasında hazırlanır.