Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 03:28
Bakı. Trend:
Braziliyada yeni növ koronavirusa yoluxanların sayı 330 890 nəfərə çatıb.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, son sutka ərzində 20 803 nəfər koronavirusa yoluxub, 1 001 nəfər isə koronavirusdan ölüb. Bildirilir ki, ölkədə koronavirusdan ölənlərin sayı 21 048 nəfərə çatıb.
Qeyd edilir ki, ən çox yoluxma və ölüm halları Braziliyanın San-Paulu (76,8 min və 5,7 min) Seara (34 573 və 2 251) və Rio-de-Janeyro (33 589 və 3 657) ştatlarında qeydə alınıb.