Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 May 2020 06:00
Bakı. Trend:
ABŞ Ticarət Nazirliyi Çinin 33 təşkilatını "qara siyahı"ya əlavə edib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə Nazirliyin press-relizində deyilir.
Bildirilir ki, 24 hökumət və kommersiya təşkilatı ABŞ-ın milli təhlükəsizlik və xarici siyasətinin maraqlarına zidd fəaliyyətə görə "qara siyahı"ya əlavə edilir.
Qeyd edilir ki, daha 7 təşkilat "Sintszyan-Uyğur Muxtar Rayonunda insan hüquqlarının pozulması ilə əlaqələri olduğuna görə" "qara siyahı"ya daxil ediliblər.
Digər 2 təşkilatın "qara siyahı"ya əlavə edilməsinin səbəbi barədə məlumat verilmir.