Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub (FOTO)

Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub (FOTO)

Tarix: 23 May 2020 12:21

Bakı. Trend:

Güclü külək bəzi rayonlarda elektrik enerjisi təsərrüfatına ciddi ziyan vurub.

Bu barədə “Azərişıq” ASC-dən Trend-ə bildirilib.

Qeyd edilir ki, gecə saatlarında güclü külək Gəncə şəhəri, Şəmkir, Samux, Şəki, Qax, Balakən və Zaqatala rayonları ərazisində ciddi fəsadlar törədib, dam örtüklərini və irigövdəli ağacları elektrik xətlərinin üzərinə aşırıb, bəzi yaşayış massivlərində elektrik enerjisinin verilişində qısamüddətli fasilələr yaranıb.

“Azərişıq” ASC-nin qəza xidməti əməkdaşlarının gördüyü tədbirlər nəticəsində elektrik enerjisinin verilişi tam bərpa edilib. Mövcud hava durumu ilə əlaqədar ərazilərə əlavə mal - materal və texnika ayrılıb.

Qərb və Şimal-qərb regionlarında 23-25 may tarixlərində gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Azərişıq” ASC gücləndirilmiş iş rejimini davam etdirir.

Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub (FOTO) - Gallery Image Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub (FOTO) - Gallery Image Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub (FOTO) - Gallery Image


Etiketlər:  Güclü külək bəzi rayonlarda elektrik təsərrüfatına ciddi ziyan vurub FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ