Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 04:00
Bakı. Trend:
Türkiyə Silahlı Qüvvələri "Pəncə" əməliyyatı çərçivəsində İraqın şimalında PKK terrorçularının sığınacaqlarını aşkar edib məhb ediblər.
Trend-in Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Milli Müdafiə Nazirliyindən bildiriblər.
Məlumata əsasən, Hakurk bölgəsində keçirilən əməliyyat zamanı terrorçular tərəfindən partlayıcı qurğuları hazırlamaq məqsədilə istifadə edilən sığınacaq və mağara aşkar edib mehv ediblər.
Xatırladaq ki, mayın 28-i Türkiyə Hərbi Hava Qüvvələri və Silahlı Qüvvələri İraqın şimalında yerləşən Kərkük rayonunda irimiqyaslı əməliyyata başlayıblar.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin