Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu baş ağrısı dərmanı kişilərdə sonsuzluğa səbəb olur

Bu baş ağrısı dərmanı kişilərdə sonsuzluğa səbəb olur

Tarix: 24 May 2020 22:27

İbuprofen ən tez-tez istifadə olunan ağrıkəsici dərmanlardan biridir. İbuprofen tərkibli preparatlar müxtəlif ağrılar (diş, baş, bel, oynaqlar və s.) zamanı geniş istifadə olunur.

Lakin son zamanlar bu preparatın ağır yanaşı təsirləri haqqında məlumatlar yayılmaqdadır.

Stenford Universitetinin (ABŞ) alimləri aşkar ediblər ki, tez-tez qəbul olunduqda bu preparat böyrəklərin fəaliyyətini pozur.

Həmçinin ibuprofenin uzun müddət ərzində qəbulu hipertoniya, ürək xəstəlikləri, insultun riskini xeyli artırır.  

Sonxeber.net saglamolun.az-a istinadən bildirir ki, ibuprofenın tez-tez və normadan artıq miqdarda qəbulu ani ürək ölümünün riskini 31%, diklofenakla birlikdə 50% artırır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, ibuprofeni gün ərzində 1200 mq-dan çox miqdarda qəbul etmək olmaz.   

Uzun müddət ərzində və yüksək dozalarda qəbul olunan ibuprofen kişilərdə libidonu azaldır, sonsuzluq və cinsi zəifliyinin inkişafına gətirib çıxardır. Sübut olunub ki, ağrıkəsici testosteronun ifrazına mənfi təsir edir. 


Etiketlər:  baş ağrısı dərmanı kişilərdə sonsuzluğa səbəb olur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ