Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 May 2020 22:57
Sonxeber.net saglamolun.az-a istinadən fitoterapevt Fizuli Hüseynovun məqaləsini təqdim edir.
Sarımsağın faydaları hamıya məlumdur bu möcüzəvi bitki illərdir insanların sağlamlığı üçün bir mayak rolunu oynamaqdadır.
Sarımsaq yağının hazırlanmasını üçün 4-5 diş sarımsağı sarımsaqəzəndə əzib 1 stəkan (200 qram) rafinə olunmamış zeytun yağına qarışdırın, sonra ağzı kip bağlanılan şüşə qaba doldurub 1 həftə gözləyin. Çalışın gözlədiyiniz 1 həftədə sarımsaq yağını isti bir yerdə saxlayasınız. 1 həftədən sonra yağı 4-5 qat cunadan süzün istifadə edə bilərsiniz.
Faydaları
Sarımsaq yağı mükəmməl bir tükgətiricidir. Əgər saçlarınız tökülürsə və saçlarınızda saçqıran, kəpək varsa, onda saç diblərinə bu yağdan çəkərək 1-2 saat gözlədikdən sonra yuya bilərsiniz. Başda keçəllik varsa yenə də sarımsaq yağını tük bərpa olana qədər çəkə bilərsiniz, çəkdikdən sonra 5 dəqiqə masaj etmək çox faydalıdır.
Ayaq və əl barmaqları arasındakı göbələk xəstəliyi zamanda bu yağdan gündə 2 dəfə çəkə bilərsiniz.
Qulaq karlığında olduqca faydalıdır sarımsaq yağından gündə 2 dəfə hər dəfədə 2 damcı qulağa tökə bilərsiniz. Təzə başlamış qulaq səslərinin qarşısını alır, təzə başlamış karlığında qarşısını alamaq üçün çox faydalı bir qarışımdır.
Qəbizliyin qarısını almaq üçün bu yağdan gündə 3 dəfə yeməkdən 30 dəq. əvvəl 1 çay qaşığı götürüb 1 stəkan suya qarışdırıb içə bilərsiniz.
Qaşların tökülməsi zamanı sarımsaq yağının gündə 1-2 dəfə tökülmüş qaşların üstünə çəkilməsi olduqca faydalıdır.
Saqqal tökülməsi zamanı gündə 1-2 dəfə tökülmüş nahiyyələrə çəkə bilərsiniz.
Yüksək təzyiq xəstəliyində yağın içilməsi faydalıdır yenədə yağı gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı 1 stəkan suya qarışdırıb içə bilərsiniz.
Arıqlamaq istəyənlərdə bu formada daxilə qəbul edə bilərlər.
Sarımsaq yağı çox güclü bir qurdqovucudur.
Sarımsaq yağını bu hallarda istifadə etmək olmaz: mədə, qida borusu yaralarında, qanazlığı, hemofiliya xəstəliyində, təzyiq aşağı olan zaman.