Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 11:28
Bakı. Trend:
Əlilliyi olan şəxslər üçün reabilitasiya sisteminin təkmilləşdirilməsi, bərpa infrastrukturunun müasir tələblərə uyğun qurulması Prezident İlham Əliyevin sosial siyasətinin əsas istiqamətlərindən biridir.
Trend-in məlumatına görə, bu istiqamətdə aparılan işlərin davamı olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Naftalan şəhərindəki əlilliyi olan şəxslər üçün Regional Bərpa Mərkəzində də əsaslı təmir və yenidənqurma işləri aparılmaqla, yüksək standartlara uyğun reabilitasiya şəraiti yaradılır.
Müəssisə əlilliyi olan şəxslərə səmərəli fizioterapevtik üsulların tətbiqi əsasında bərpa müalicəsi xidmətləri göstərilməsi üçün nəzərdə tutulub. Əsaslı təmir və yenidənqurma işləri artıq yekunlaşmaqdadır və Mərkəz yaxın aylarda istifadəyə veriləcək.
Burada əlilliyi olan şəxslərə kompleks tibbi-sosial reabilitasiya xidmətləri göstəriləcək. Həmçinin onların müalicə idmanına cəlb olunması, onlarda gigiyenik vərdişlərin tərbiyə edilməsi, sağlam həyat tərzinin təbliği və s. istiqamətlərdə işlər aparılacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin