Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyun 2019 12:24
Bakı. Rufiz Hafizoğlu - Trend:
Türkiyə İslandiyaya etiraz notası göndərib.
Trend-in məlumatına görə, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bəyan edib.
Onun sözlərinə görə, bu addıma Reykyavik hava limanı əməkdaşlarının Türkiyə milli komandasının üzvlərinə göstərdiyi münasibət səbəb olub.
M.Çavuşoğlu bildirib ki, aeroportda baş verənlər diplomatik normaların kobud surətdə pozulmasıdır.
Qeyd edək ki, Türkiyə milli komandasının qarşılanması zamanı əməkdaşlar pasport yoxlamasını 2 saatadək ləngidib.
Bundan başqa, futbolçuların baqaj yoxlaması da ləngiyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin