Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

Maqnit qasırğası PROQNOZU verildi, nə qədər davam edəcək? - Rəsədxanadan cavab

Tarix: 10 Iyun 2019 12:32

Bakı. İlhamə İsabalayeva – Trend:

İyunun 10-12-də geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır, lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir.

Bu barədə Trend-ə AMEA Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Rəsədxanadan bildirilib ki, iyunun 10-11-də maqnit qasırğasının yaranması ehtimalı 5%-dən, 12 iyunda isə 25%-dən aşağı qiymətləndirilir.

Ümumilikdə iyunun 10-12-də Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə Günəş küləyi parametrləri üçün fəal şərait davam edəcək. Əsasən 11-12 iyunda Günəş küləyinin güclənəcəyi gözlənilir.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Maqnit qasırğası PROQNOZU verildi qədər davam edəcək Rəsədxanadan cavab


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ