Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bavariya"ya çatmaq çox çətindir" - Lüsyen Favr

Tarix: 27 May 2020 11:52

“İlk 30 dəqiqə yaxşı oynadıq, ancaq sonra bir şey edə bilmədik. İkinci hissəyə də yaxşı başladıq. Ən azından 1 xala layiq idik”.

Qol.az xəbər verir ki, bu sözləri Dortmund “Borussiya”sının baş məşqçisi Lüsyen Favr Bundesliqanın 28-ci turunda evdə “Bavariya”ya uduzduqları oyundan (0:1) sonra mətbuat konfransında deyib.

İsveçrəli mütəxəssis artıq lider “Bavariya”ya çatmağın çətin olduğunu bildirib: “Çempionluq mübarizəsi çox çətin görünür. Sona 6 oyun qalıb və liderlə 7 xallıq fərqimiz var. Artıq “Bavariya”ya çatmaq çox çətindir”.

Qeyd edək ki, 28 turdan sonra “Borussiya”nın 57, “Bavariya”nın isə 64 xalı var.
 


Etiketlər:  Bavariyaya çatmaq çox çətindir Lüsyen Favr


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ