Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Balıq tutmağa getdi, itdi - Timsahdan şübhələnirlər...

Balıq tutmağa getdi, itdi - Timsahdan şübhələnirlər...

Tarix: 10 Iyun 2019 14:42

Bakı. Trend:

Malayziyada Laxad-Datu şəhərində xilasedicilər yerli sakinin axtarışlarına başlayıb.

Trend-in məlumatına görə, 44 yaşlı Rudi Qessanın ötən gün balıq tutmaq üçün evdən çıxdığı və bir daha geri qayıtmadığı bildirilir. Ehtimal edilir ki, o, timsahın hücumuna məruz qalıb.

Hazırda çay və onun sahilində axtarışlar aparılır.

Qeyd edək ki, bu insidentdən öncə Solomon adalarında timsah bir nəfərə hücum edərək onu parçalamışdı.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Balıq tutmağa getdi itdi Timsahdan şübhələnirlər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ