Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

La Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib

La Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib

Tarix: 28 May 2020 14:52

Koronavirus pandemiyası səbəbindən dayandırılan İspaniya La Liqasının bərpasına hazırlıqlar davam etdirilir.

Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, yerli futbol federasiyası çempionatın qalan hissəsi ilə bağlı yeni qərarlar verib.

Bunlardan biri hər gün oyunun keçirilməsi yönündədir. Məsələ burasındadır ki, təşkilatçılar bir turun oyunlarının 3-4 gün ərzində baş tutmasını planlaşdırır. Digər qərar isə oyunların başlama saatı ilə əlaqədardır. Yay aylarında havanın isti olacağını nəzərə alan La Liqa rəhbərliyi hökumətin də məsləhəti ilə matçların yerli vaxtla 19:30-dan tez keçirilməməsini istəyir.

Qeyd edək ki, XXVII turdan sonra dayandırılan La Liqanın iyunun 11-də bərpa olunması planlaşdırılır.


Etiketlər:  Liqanın bərpası ilə bağlı yeni qərarlar verilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ