Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 17:54
Moskva "Lokomotiv"i koronavirus testinin nəticələrini açıqlayıb.
Sonxeber.net Apasport.az-a istinadən bildirir ki, Rusiya klubu daha 4 nəfərin testinin mənfi çıxdığını bəyan edib.
Futbolçu, məşqçi və baza işçilərinin testindən sonra klub məşqləri bərpa edib. Virusa yoluxan futbolçular isə Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevdir. Adıçəkilən oyunçuların özlərini yaxşı hiss etdikləri və evlərində təcrid vəziyyətində qaldıqları vurğulanıb. Komanda isə hökumətin tələblərinə riayət edərək məşqlərə başlayıb.
Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən futbolçular arasında koronavirusa ilk olaraq "Lokomotiv"in digər oyunçusu Cefferson Farfan yoluxub.