Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 20:51
Siqaret çəkmə, şizofreniya və depressiyanın inkişafına kömək edir, bu psixi pozğunluqların inkişaf riskini demək olar ki, iki qat artırır.
Sonxeber.net faktxeber.com-a istinadən bildirir ki, britaniyalı genetiklərin bu barədə araşdırması "Psychological Medicine" jurnalında dərc edilib.
Alimlər İngiltərədəki yarım milyondan çox insanın DNT-sini təhlil ediblər.
Məlum olub ki, şizofreniya və depressiya olan insanlar elmi təcrübənin digər iştirakçılarına nisbətən daha çox siqaret çəkirlər.
Bundan əlavə, nikotin asılılığı olan britaniyalılar siqaret çəkməyənlərə nisbətən iki dəfə çox şizofrenik olublar və iki dəfə xroniki depresiyaya düşmə halına gəliblər.
Genetiklər nikotinin serotonin və dopamin - beyndəki ən vacib siqnal molekullarının fəaliyyətini pozduğu nəzəriyyəsini irəli sürüblər. Qeyd edək ki, bu adı çəkilən maddələr şizofreniya və depressiyanın inkişafında iştirak edirlər.