Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 May 2020 21:12
SpaceX şirkətinin uzun zamandır, üzərində çalışılan insanlı kosmik uçuş icazəsi alınıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, şirkətin sahibi Elon Musk Amerika Birləşmiş Ştatlarının (ABŞ) kosmosa insan göndərmə ilə bağlı Rusiya asılılığını aradan qaldırmaqda qərarlıdır.
Qeyd edək ki, SpaceX şirkəti tərəfindən indiyədək kosmosa heç bir canlı göndərilməyib. ABŞ 2011-ci ildən astronavtların Beynəlxalq Kosmik Stansiyaya aparılması üçün Rusiyaya 80 milyon dollar ödəniş edir. Ancaq bu gedişat mayın 27-dən etibarən dəyişə bilər. Çünki SpaceX növbəti həftə Falcon 9 raketinin daşıyacağı Crew Dragon aparatı ilə NASA astronavtları Bob Behnken və Doug Hurleyi kosomosa göndərəcək.
Kennedy Space Center-in Launch Complex 39A platformasından start götürəcək raket özəl kosmos şirkətləri üçün ilkə imza atacaq.