Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Premyer Liqamız nə vaxt bərpa olunur? - AFFA iclas çağırdı

Premyer Liqamız nə vaxt bərpa olunur? -  AFFA iclas çağırdı

Tarix: 29 May 2020 17:30

Xəbər verdiyimiz kimi, mayın 31-dən Azərbaycanda açıq havada keçirilən idman yarışlarına icazə verilib. Bəs, Premyer Liqamızda mövsümün bərpası nə vaxta planlaşdırılır?

Peşəkar Futbol Liqasının mətbuat və ictimaiyyətlə əlaqələr departametinin rəhbəri Aslan Şahgəldiyev Qol.az-a açıqlamasında bildirib ki, bununla bağlı məsələ yaxın günlərdə müzakirə ediləcək.

“AFFA rəhbərliyi, PFL və klubların iştirakı ilə yaxın günlərdə videokonfrans keçiriləcək. Həmin iclasda çempionatın bərpa tarixi ilə bağlı qərar veriləcək” – deyə PFL rəsmisi bildirib.

Xatırladaq ki, koronavirus pandemiyasına görə mart ayından Azərbaycanda futbol yarışları dayandırılıb.

 

 


Etiketlər:  Premyer Liqamız vaxt bərpa olunur AFFA iclas çağırdı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ