Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilirmi? - RƏSMİ AÇIQLAMA

Tarix: 29 May 2020 19:24

Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilmir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Nazirlər Kabinetinin Mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Onun sözlərinə görə, dövlət qurumlarına tapşırılıb ki, himayəsində azyaşlı və yaşlı olanlara müəyyən şərait yaratsınlar: "Uşaqları riskə atmaq olmaz. Ona görə də bu qadağa qüvvədə qalmaqdadır".

Hökumət rəsmisi əlavə edib ki, idman zallarında da elə situasiyalar var ki, koronavirusa yoluxmanın artmasına gətirib çıxarır:

"Qapalı idman zallarında məşqlər keçirilməsi qadağandır: "Açıq havada, stadionlarda və digər ərazilərdə məsafəyə riayət etməklə yarışların keçirilməsinə icazə verilir. Amma zallarda, qapalı yerlərdə məşqlərin keçirilməsi qadağandır".


Etiketlər:  Uşaq bağçalarının yaxın vaxtlarda açılması gözlənilirmi RƏSMİ AÇIQLAMA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ