Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 May 2020 07:24
Xiaomi şirkətinin qurucusu və icraçı direktoru Lei Jun kompaniyasının 6G mobil şəbəkələrini sınaqdan keçirtməyə başladığını bildirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Xiaomi yeni nəsil mobil rabitəni mənimsəməkdə son dərəcə maraqlıdır.
Şirkət rəhbəri aparılan testlərlə bağlı hansısa bir detalı bölüşməyib. O, sadəcə Xiaomi-nin 6G şəbəkələrini araşdırmağa başladığını qeyd edib.
Bundan əlavə, şirkətin qurucusu koronavirus pandemiyasının dünyada beşinci nəsil mobil şəbəkələrin inkişafına son dərəcə mənfi təsir göstərdiyini vurğulayıb. Buna baxmayaraq, Lei Jun Xiaomi şirkətinin beynəlxalq nüfuzunu gücləndirmək üçün 5G dəstəyi ilə smartfon istehsal etməyə davam edəcəklərini bildirib.