Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Mixael Skibbe işdən çıxarıldı

Mixael Skibbe işdən çıxarıldı

Tarix: 30 May 2020 13:08

“Borussiya” aşağı yaş qrupları üzrə komandalar üzrə texniki direktor vəzifəsində çalışan Mixael Skibbeni istefaya göndərib.

Qol.az xəbər verir ki, bu barədə Dortmund klubunun rəsmi saytı məlumat yayıb. Almaniyalı mütəxəssislə müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilib.

Almaniyada “Şalke”, “Borussiya” (Dortmund), “Bayer”, “Ayntraxt”, “Herta”, Türkiyədə “Qalatasaray”, “Əskişəhərspor”, “Karabükspor”, İsveçrədə “Qrashopper” klublarında çalışmış Skibbe Yunanıstan yığmasında da baş məşqçi olub. O, 2019-cu ilin iyulundan “Borussiya”da texniki direktor vəzifəsində çalışırdı.

 


Etiketlər:  Mixael Skibbe işdən çıxarıldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ