Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz yenidən qurulacaq''

''Ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz yenidən qurulacaq''

Tarix: 30 May 2020 13:15

"Qeyd etmək yerinə düşər ki, "Qobu Park-3"dən əvvəl, 2018-ci ildə "Qobu Park-1", ötən il isə "Qobu Park-2" yaşayış kompleksləri istifadəyə verilmişdi. Bu komplekslərin ərazisində söhbət təkcə məcburi köçkünlər üçün mənzillərdən getmir, eyni zamanda məktəblər, uşaq bağçaları, poliklinika, poçt məntəqələri, idman zalları və digər infrastruktur obyektləri yaradılıb".

Bu sözləri Sonxeber.net-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi Zaur Məmmədov deyib.

O, Heydər Əliyev Fondunun gələcək nəsillərin sağlam böyüməsi, onların maddi və mənəvi ehtiyaclarının qarşılanması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib:

"Bütün bunlar həm də məcburi köçkünlərin məşğulluq halının yaxşılaşdırılmasına istiqamətlənib. Çünki bu iaşə obyektlərində məcburi köçkünlər həm də çalışacaqlar. Ümumiyyətlə Heydər Əliyev Fondu gələcək nəsillərin sağlam böyüməsi, onların maddi və mənəvi ehtiyaclarının qarşılanması istiqamətində son illər ciddi şəkildə müxtəlif layihələr icra etməkdədir. Fondun davamlı olaraq sosial və humanitar istiqamətdə apardığı tədbirlər nəticəsində ehtiyacı olan müxtəlif kateqoriyalara daxil olan insanların həyat şəraiti yaxşılaşıb, uşaqların, əlillərin, ehtiyacı olan sosial qrupların sosial müdafiələrinin daha da möhkəmləndirilməsi kompleks hal alıb".

Politoloq Prezident İlham Əliyevin prezident seçkilərindən öncə verdiyi sözə vaxtından tez əməl etdiyini xüsusi ilə qeyd edib:

"O ki qaldı məcburi köçkünlər üçün tikilən şəhərciklərə, burada xüsusilə Prezidentin 2003-cü il seçkilərindən əvvəlki proqramına da diqqət yetirmək lazımdır. Burada Prezident İlham Əliyev söz vermişdi ki, 5 il ərzində Azərbaycanda bir dənə də olsun məcburi köçkün çadırı qalmayacaq və verilən sözə əməl edildi. Hətta 4 il ərzində qaçqın çadırlarının yüksək səviyyəli yaşayış kompleksləri ilə əvəzlənməsinin şahidi olduq. Son illərdə də məcburi köçkünlər üçün mənzillərin tikilməsi davam edir. 2019-cu ildə mənzillərin sayında bu rəqəm 5 minə yaxınlaşmışdı. Bu ilin axırına kimi isə təxminən 7-8 min mənzil məcburi köçkünlərin istifadəsinə verilməlidir. Prezident İlham Əliyev çıxışı zamanı həm də onu qeyd etdi ki, yeni salınan şəhərciklər məcburi köçkünlər üçün müvəqqəti yaşayış yeridir. Torpaqlarımız işğaldan azad edildikdən sonra gözəl binalar, şəhərciklər tikiləcək, ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz yenidən qurulacaq. Əlbəttə, həmin günlər uzaqda deyil. Bunun üçün biz Ermənistan qarşısında bütün üstünlüklərə sahibik. Beynəlxalq hüquq, hərbi güc, iqtisadi vəziyyətimiz və dünyadakı siyasi statusumuz buna izin verir".

Təhməz Təkin


Etiketlər:  Ermənilər tərəfindən dağıdılmış şəhərlərimiz yenidən qurulacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ